Şrift:
Azərbaycanlı fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini haqda son məlumat
05.04.2019 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevral ayında Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini haqda yeni xəbər yayılıb.

Son məlumata görə, Kiyanuş Aslani ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Evin zindanının 4-cü bölümünə köçürüldüyünü bildirib. Fəal həmçinin qeyd edib ki, birlikdə tutulduğu Təhid Əmir Əminini sonuncu dəfə saxlandığı gün görüb, o 44 gündür ki, həbsxananın 209-cu korpusunda təknəfərlik kamerada saxlanılır.

Kiyanuş Aslani ailəsi ilə danışığında saxlandıqları zaman “sistemin əleyhinə tıbliğat aparmaq” və “ölkə təhlükəsizliyinə qarşı cəhd göstərmək”də ittiham olunduqlarını bildirib.

Azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü ilə bağlı poster yaydıqları zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onlar saxlanılarkən məmurlar tərəfindən vəhşicəsinə döyülüb. Bəziləri ehtimal edir ki, Tohid Əmir Əmini bədənində zərbələrin izi olduğu üçün saxlanılır, o sağalanadək buraxılmayacaq.

Bundan əvvəl Tohid Əmir Əmini Savalan mərasimi, Babək qalası mərasimi və məlum təhqiramiz “Fitilə” verilişinə etiraz olaraq keçirilən aksiyada, Kiyanuş Aslani isə Savalan mərasimində saxlanılıb.

Kiyanuş Aslani Tehranın İşlamşəhr Azad Universitetində inşaat mühəndisliyi ixtisası üzrə təhsil alır. Tohid Əmir Əmini isə Tehranda işlədiyi üçün bu şəhərdə yaşayır.

N.S
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed