Şrift:
Zəncan Əyaləti: Əbhərdə güclü yağıntılar 150 evin dağılmasına səbəb olub
05.04.2019 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda güclü yağıntılar və selə məruz qalan bölgələrdən biri də Zəncan Əyalətinin Əbhər məntəqəsidir.

Əbhər Şəhər İcra Hakimiyyətinin başçısı Əli Heydərinin “İsna” xəbər agentliyinə verdiyi məlumata görə, güclü və aramsız yağışlar bölgədə bir çox fəsadlar törədib.

“Son yağıntılardan sonra Əbhərin iki kəndinin yolu bağlanıb. Çeşin və Davudgər kəndlərinin yollarında da gediş-gəliş dayanıb, lakin bu yollar hazırda açılmaq üzrədir”- deyə o bildirib.

Əli Heydəri güclü yağıntıların fərdi yaşayış evlərinə ciddi ziyan vurduğunu da qeyd edib. O bildirib ki, son yağıntılar Əbhər kəndlərində 150 evin dağılmasına səbəb olub.

Şəhər İcra Hakimiyyəti başçısının sözlərinə görə, Əbhər məntəqəsində son 3 gün ərzində yağan yağışların miqdarı 70 mm-dən ibarət olub.

N.S
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed