Şrift:
Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olub
06.04.2019 [10:30] - Gündəm, Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstana səfəri zamanı Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub.

Təqdimatda Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri iştirak ediblər.

Komitə sədri Fuad Muradov giriş sözü ilə çıxış edib, Fondun yaranma məqsədi və fəaliyyət imkanları barədə danışıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev Fond haqqında ətraflı məlumat verib. Bildirib ki, Fond diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.

Sonda Elşad Əliyev və Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstan və Türkdilli dövlətlərlə iş şöbəsinin müdiri Anar Rəsulov sualları cavablandırıblar.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed