Şrift:
Türkiyəli siyasətçi: "S-400-lər tək Türkiyəni deyil, NATO və AB ölkələrini də qoruyacaq"
08.04.2019 [10:45] - Gündəm, Siyasət
Rusiyadan tədarük edilməsi nəzərdə tutulan “S-400” zenit raket kompleksləri təkcə Türkiyənin deyil, eləcə də Avropa Birliyi və NATO ölkələrinin də hava məkanını qoruyacaq.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.

O bildirib ki, rəsmi Ankara öz havadan müdafiə qüvvələrini gücləndirmək üçün mümkün variant tapmağa məcbur idi, çünki ABŞ-ın təklif etdiyi “Patriot” sistemləri ölkəni qane etmirdi.
Ö.Çelik, həmçinin NATO-nu da ikili standartlara görə qınayıb. O qeyd edib ki, Yunanıstan heç bir problem olmadan Rusiyadan “S-300” sistemləri əldə edə bilib. Buna baxmayaraq, Türkiyənin “S-400”-lərə sahib olmaq istəməsi ciddi problemə çevrilib.

Ö.Çelik Türkiyənin suveren dövlət olduğunu və Rusiyadan havadan müdafiə sistemləri əldə etməklə bağlı qərarın heç bir halda ləğv edilməyəcəyini bir daha xatırladıb.

Qeyd edək ki, “S-400” sistemləri Türkiyəyə bu ilin iyul ayında təhvil veriləcək.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed