Şrift:
Bu gün AŞPA-nın yaz sessiyası başlayır
08.04.2019 [10:46] - Gündəm, Siyasət
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işə başlayır.

Sessiya çərçivəsində çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıqla mübarizədə yeni çağırışlar, demokratiya, qanunun aliliyi və fundamental hüquqlar üzrə yeni mexanizmlərin yaradılması, sosial medianın insan haqlarına təsiri, Moldovada fevralın 24-də keçirilmiş parlament seçkilərinin nəticələri, Avropa Şurasında büdcə böhranı və digər mövzular müzakirə olunacaq.

Sessiya ərzində Ermənistan və Gürcüstan baş nazirlərinin çıxışı gözlənilir.
Qeyd edək ki, Azərbaycan AŞPA-da Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Sessiya aprelin 12-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed