Şrift:
Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ açıq birinciliyi başlayıb
08.04.2019 [11:15] - İdman
Azərbaycan Alpaqut Federasiyasının (AAF) təşkilatçılığı, Laçın Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə alpaqut Turan döyüş sənəti üzrə Qarabağ regional açıq birinciliyi start götürüb.

AAF-ın vitse-prezidenti Rafiq Qasımovun verdiyi məlumata görə, Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində keçirilən açıq birincilikdə Qarabağ regional nümayəndəliyinə daxil olan Ağdam, Ağcabədi, Kəlbəcər, Laçın və Zərdab rayon filiallarını təmsil edən 100-dən çox idmançı gücünü sınayır.

Yarış alpaqut Turan döyüş sənətinin aypara, batur, caymaz və qurşaq sistemləri üzrə keçirilir.

Yekunda qaliblərə medal və diplomlar təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed