Şrift:
Təbriz metrosunda gediş haqqı bahalaşıb
08.04.2019 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz şəhərində sərnişin daşıyan avtobuslarda olduğu kimi metroda da gediş haqqı bahalaşıb.

Bu barədə Təbriz Şəhərdaxili Metro İstismarı Şirkəti məlumat yayıb. Bildirilib ki, yeni qiymət aprelin 6-dan qüvvəyə minir.

Şirkətin açıqladığı elanda qeyd olunub ki, şənbə günündən gediş haqları 4 faiz artıb. Qərara əsasən hər biletə 7000 rial, bir dəfəlik istifadə üçün isə 9000 rial ödənilməlidir.

Metro İstismarı Şirkəti qiymətlərin məbləği və ətraf mühitin qorunmasını nəzərə alaraq hər kəsi daimi bilet almağa dəvət edib.

Təbriz metrosunda gediş haqqı son iki il müddətində 5000 rial olub.

Ötən günlərdə Təbriz Şəhərdaxili Avtobus Nəqliyyatı Şirkəti elan yayaraq Təbriz şəhərində gediş haqlarının 36 faiz qalxdığını açıqlayıb, elanda yeni qiymətlərin aprelin 5-dən qüvvəyə minəcəyi bildirilib.

Qeyd edək ki, İranın şübhəli nüvə fəaliyyəti Amerika Birləşmiş Ştatlarının bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsi ilə nəticələnib. Bu səbəbdən ölkədə ağır iqtisadi böhran hökm sürür. Güney Azərbaycanın bütün bölgələrini isə işsizlik, yoxsulluq və qeyri-adi bahalıq bürüyüb, əhali günü-gündən artan qiymətlərin öhdəsindən necə gələciyini bilmir.

N.S
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed