Şrift:
Türkiyə Prezidenti Milliyyətçi Hərəkat Partiyasının sədri ilə görüşüb
11.04.2019 [10:35] - Gündəm, Siyasət
Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.

Görüş KİV-lərə qapalı şəraitdə keçirilib.

Qeyd edək ki, hazırda Türkiyənin siyasi gündəmində ən aktual məsələ martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlıdır. Nəticələrə iddialı tərəflər bir sıra bölgələrdə səsverməyə etiraz ediblər. Ali Seçki Komissiyası yaxın günlərdə seçkilərə dair nəticələri açıqlayacaq. AKP və MHP bu seçkilərdə “Cümhur ittifaqı” blokunda birgə iştirak ediblər.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed