Şrift:
Fərəc Quliyev “Üçlük Ölkələrin Sərgisi”-nin açılış mərasiminə qatıldı
11.04.2019 [14:40] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bu gün- 11.04.2019 tarixində Türkiyə Sənaye və İş Adamları Dərnəyi (TÜMSİAD) və Pakistanın "Universal travel" turizm agentliyinin təşkilatçılığı, eləcə bir neçə qurumun təşkilatı dəstəyi ilə Bakı İdman Sarayında keçirilən “Üçlük Ölkələrin Sərgisi”-nin açılış mərasimində iştirak edib. Mərasimin rəsmi hissəsinə qatılan millət vəkili daha sonra tədbirdə Azərbaycan, Türkiyə və Pakistan şirkətlərinin sərgilədiyi məhsullarla tanış olub, təqdimatçılarla onların ölkəmizdəki fəaliyyət persktivləri barədə söhbətlər aparib. F.Quliyev tədbirin təşkilatçıları və həyata keçirilməsinə dəstək verən Türkiyə ilə Pakistanın səfirliyinin, eləcə Azərbaycanın hökümət rəsmiləri ilə də görüşərək böyük əhəmiyyətə malik olan belə bir layihəni həyata keçirdikləri üçün təbriklərini və təşəkkürlərini çatdırıb. O, bu üç ölkəni bir-birinə bağlayan qardaşlığın və bir çox ənənələrin mövcudluğunu vurğulayarq, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini və bu əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.

Təşkilatçılar da öz növbələrində millət vəkilinə dəvəti qəbul edib mərasimə qatıldığı və sərgi ilə yaxından maraqlandığı üçün öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Üçlük ölkələrin bu sərgisində 35 Pakistan, 20 Türkiyə və 20 Azərbaycan şirkəti iştirak edir və sərgi 11-13 aprel tarixlərində saat 10.00-dan 17.00-a kimi Bakı İdman Sarayında keçiriləcək.

Fərəc Quliyev “Üçlük Ölkələrin Sərgisi”-nin açılış mərasiminə qatıldı


Fərəc Quliyev “Üçlük Ölkələrin Sərgisi”-nin açılış mərasiminə qatıldı


MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed