Şrift:
Qazaxıstan 2025-ci ilədək latın əlifbasına keçid prosesini başa çatdıracaq
12.04.2019 [10:22] - Türk dünyası-Turan
Qazaxıstan dövlətinin banisi Nursultan Nazarbayevin kiril əlifbasından latına keçmək barədə 2017-ci ildə imzaladığı sərəncamla bağlı ölkədə genişmiqyaslı işlər görülür.

Qazaxıstanda 2025-ci ilədək latın əlifbasına keçid prosesini başa çatdırmaq nəzərdə tutulur. Bununla əlaqədar Qazaxıstan Milli Kitabxanası başda olmaqla bir çox təhsil və mədəniyyət müəssisələrində əhali üçün pulsuz latın hərfləri əsasına hazırlanmış qazax əlifbası dərsləri təşkil olunur. Bildirilir ki, əcdadları 1929-1940-cı illərdə latın əlifbasından istifadə edən, daha sonra kiril hərflərinə keçən qazaxlar bu prosesdə böyük həvəslə iştirak edirlər. Bu məqsədlə ölkədə yaradılmış Milli Dil Mərkəzi kitabxananı və digər müəssisələri lazımi dərsliklərlə təmin edir.

Kursların rəhbərləri bildirirlər ki, yeni əlifba, hər şeydən əvvəl, türkdilli xalqlarla daha asan ünsiyyətə kömək edəcək.
Bu xəbər oxucular tərəfindən 199 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed