Şrift:
Kamil Aydın: Paşinyan AŞPA-nın sessiyasında ağlına gələn yalanları söylədi
12.04.2019 [10:26] - Gündəm, Siyasət
Təəssüf ki, Avropa Şurası Parlament Assambleyasında ikili standartlar açıq şəkildə görünür. Buranı Avropanın insan haqları, demokratiya məbədi hesab edirlər. Amma əslində belə deyil. 1992-ci ildə bir millət soyqırımına məruz qalıb. Amma hələ də beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə riayət olunmayıb, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb. Bu gün demokratiya havası ilə buraya gələn Ermənistanın baş naziri yalanlar içində özü də bilmirdi ki, nə deyirdi, gah nala, gah da mıxa vururdu.

Bu fikirləri Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamil Aydın müsahibəsində söyləyib.

Deputat bildirib ki, Azərbaycan sülhə çalışdığı halda, Ermənistanın baş naziri burada vaxt qazanmaq üçün ağlına gələn yalanları söylədi. Ermənilər 1915-ci ilin 24 aprel hadisələrini qabardır, soyqırımı adlandırırlar. Bəs Xocalı soyqırımı? Niyə onu da tanımırlar?

“Qonşu ölkələrlə münasibətlərə gəldikdə, Ermənistanın baş naziri Avropanın sevmədiyi bəzi dövlətlərlə əlaqələrinin yaxşı olduğunu bildirdi. Amma Avropa buna reaksiya vermir, çünki Ermənistan Avropanın “ərköyün uşağı”dır. Ermənistanın baş naziri Türkiyəni ittiham etdi ki, Ermənistanla münasibətlərini Azərbaycan üzərindən qurur. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon azad edilməyincə Türkiyənin Ermənistanla heç bir əlaqəsi olmayacaq”, - deyə türkiyəli deputat qeyd edib.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed