Şrift:
Binyamin Netanyahunun partiyası parlamentdə 36 yer alıb
12.04.2019 [10:53] - Gündəm, Siyasət
İsraildə keçirilmiş parlament seçkilərində səslərin hamısının hesablanmasından sonra baş nazir Binyamin Netanyahunun başçılıq etdiyi "Likud" Partiyası Knessetdə (bu ölkənin parlamenti - red) 36 yer alıb.
Bu barədə İsrailinin dövlət radiosu "Kan" bildirib.
"Likud"un ən yaxın rəqibi "Kaxol-Lavan" seçkilərdə 35 mandata sahib olub.
Daha əvvəl bildirilirdi ki, protokolların hesablanmasından sonra İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyası və İsrail ordusunun sabiq baş qərargah rəisi Beni Hans, habelə sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku Knessetdə hər biri 35 deputatla təmsil olunacaq.
Bu xəbər oxucular tərəfindən 165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed