Şrift:
Poldəştdə tarixi əşyalar tapılıb
12.04.2019 [11:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan Əyalətinin Poldəşt şəhərində iki tarixi antik əşya tapılıb.

Makı və Poldəşt şəhərlərinin Mədəni İrs Təşkilatının rəisi cənab Xorablu əşyaların islam dövrünün ortalarına aid olduğunu deyib.

“Poldəştdə ələ keçirilən iki tarixi əşya şüşədən hazırlanmış antik qablardan ibarətdir. 700 illik əşyalar polis tərəfindən bir qaçaqmalçıdan ələ keçirilib. Qaçaqmalçı barəsində dosye təşkil olunub, o məhkəmə qarşısına çıxarılacaq”- deyə Mədəni İrs Təşkilatının rəisi qeyd edib.

O tarixi əşyaların hansı muzeydə saxlanılacağı barədə heç bir məlumat verməyib.

Bundan əvvəl Azərbaycan şəhər və kəndlərində tapılan əksər tarixi əsərlər bölgənin muzeylərinə deyil, Tehran və ya ölkənin digər muzeylərinə aparılıb. Bu baxımdan Poldəştdə tapılan antik əşyaların taleyi hələlik sual altındadır. Azərbaycanlı fəallar dəfələrlə tarixi abidələr və tapılan antik əşyaların qorunub saxlanılması barədə öz nigaranlıqlarını bildiriblər.

N.S
Bu xəbər oxucular tərəfindən 266 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed