Şrift:
Ərdəbil sənətkarlarının əl işləri bölgədə geniş maraq doğurur
12.04.2019 [11:46] - Güney Azərbaycan xəbərləri
Ərdəbil Əyalətinin sənətkarları tərəfindən hazırlanan əl işləri İranda və qonşu ölkələrdə böyük marağa səbəb olur.

Bu barədə Ərdəbil Əyaləti Turizm, Əl işləri və Mədəni İrs Təşkilatının rəisi Məleykə Qolmoğanizadə mətbuata danışıb. O bildirib ki, əyalətdə Novruz bayramı günlərində, konkret olaraq martın 16-dan aprelin 4-dək 1 milyard 450 milyon rialdan artıq məbləğdə əl işləri satılıb. Məhsullar əsasın sərhədyanı bazarlar və digər satış mərkəzlərində alıcılara təqdim olunub.

Məleykə Qolmoğanizadənin sözlərinə görə, təklif olunan məhsullar dəri, metal və ağacdan hazırlanan əl işləri, həmçinin müxtəlif növ xalçadan ibarət olub.

Bu sənətə daha çox diqqət yetiriləcəyini deyən Ərdəbil Əyaləti Turizm, Əl işləri və Mədəni İrs Təşkilatının rəisi gələcəkdə əl işlərinin satışının artacağını proqnozlaşdırıb.

Azərbaycanın bütün bölgələrində tarixin müxtəlif dövrlərini özündə əks etdirən nəfis əl işləri meydana çıxır. Ərdəbil Əyaləti də bu qədim sənətin mərkəzlərindən biridir. Azərbaycanda Əl işləri sənətinin bu səviyyədə olması onun dərin tarix və mədəniyyətindən xəbər verir.

N.S
Bu xəbər oxucular tərəfindən 154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed