Şrift:
Türkiyə Superliqası: “Trabzonspor” səfərdə minimal hesabla “Bursaspor”u məğlub edib
13.04.2019 [10:09] - Gündəm, İdman
Aprelin 13-də futbol üzrə Türkiyə Superliqasının XXVIII turunun ilk görüşündə “Trabzonspor” səfərdə “Bursaspor”un qonağı olub.

“Timsah Arena”da baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 69-cu dəqiqəsində “Trabzonspor”un hücumçusu Abdulqadir Omar Antoni Nvakaemenin ötürməsini dəqiq yerinə yetirib. Meydan sahibləri hücumlar etsə də oyunda hesab dəyişməyib. Görüş 0:1 hesabı ilə Trabzon təmsilçisinin xeyrinə başa çatıb.

Bu oyundan sonra “Trabzonspor” turnir cədvəlində 49 xalla 4-cü pillədə qərarlaşıb. Bursa təmsilçisi isə 28 xalla 15-ci olub.

Türkiyə Superliqasında XXVII turun digər oyunları bu gün də daxil olmaqla aprelin 14 və 15-də keçiriləcək.

Turun digər qarşılaşmalarında isə aşağıdakı komandalar üz-üzə gələcək.

“Sivasspor” -"Konyaspor",

“Rizəspor” - “Göztəpə”,

"Beşiktaş" - "Başakşəhər",

“Kayserispor” - "Ankaragücü",

"Antalyaspor" - "Kasımpaşa",

“Yeni Malatyaspor” - "Alanyaspor",

"Fənərbağça" - "Qalatasaray",

“Ərzurumspor” - “Akhisar Bələdiyəspor”.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed