Şrift:
Bir ailənin iki üzvü İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib
13.04.2019 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda 1 ailənin 2 üzvü təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Yayılan məlumatlara əsasən, fevralın 10-da ictimai fəal və teatr aktrisası Yasəmən Aryayi Tehranda öz evindən həbs olunub. Daha sonra onun nə üçün saxlandığını aydınlaşdırmaq üçün istintaq təcridxanasına gedən anası Münirə Ərəbşahı da həbs edilib.

Hələ ki, bu iki şəxsin hansı ittihamlar əsasında saxlanıldıqları barədə məlumat yoxdur.

Qeyd etmək lazımdır ki, Yasəmən Aryayi ötən il də həbs edilmiş və əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed