Şrift:
Şərqi Azərbaycan Əyalətində zəlzələ baş verib
13.04.2019 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan əyalətində 4 bal gücündə zəlzələ olub.

Bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzinin saytında məlumat yayılıb.

Bildirilib ki, yeraltı təkanlar aprelin 12-də səhər saatlarında Tesuc şəhərində 6 km dərinlikdə qeydə alınıb.

Məlumata görə, itki və dağıntılar olmayıb.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed