Şrift:
Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara iki yeni səhnə əsəri təqdim edəcək
13.04.2019 [11:14] - Gündəm, Mədəniyyət
Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara iki yeni səhnə əsəri təqdim etməyə hazırlaşır.

Kollektiv yazıçı–dramaturq Hüseynbala Mirələmovun “Vəsiyyət” və yazıçı Rafiq Rəhimlinin “Sönmüş talelər” əsərlərini səhnələşdirir.

Səhnə əsərlərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

“Vəsiyyət” tamaşasında var-dövlət hərisliyi tənqid edilir, insanlar mənəvi kamilliyə səslənir. Dövran adlı milyonerin öz yaxınlarına vəsiyyətindən bəhs olunan tamaşada gülüş doğuran hadisələrlə yanaşı, insanları düşündürən, onları düzlüyə, halallığa səsləyən məqamlar da yetərincədir.

“Sönmüş talelər” tamaşasında isə bəşəriyyəti məhvə sürükləyən narkotikin törətdiyi fəsadlar bir ailənin faciəsi fonunda öz əksini tapır.

Məşqləri davam edən tamaşalar may ayında teatrsevərlərə təqdim olunacaq. Tamaşalar Qusarla yanaşı, bölgənin digər rayonlarında da səyyar şəkildə nümayiş etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed