Şrift:
Fərəc Quliyevin təşəbbüsü ilə Qaraçuxurda seçicilərlə məhəlli görüş keçirilib
13.04.2019 [11:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə mütəmadi keçirilən məhəlli görüşlərdən daha biri dünən- 12.04.2019 tarixində rayonun Qaraçuxur qəsəbəsində keçirilib.

Etibar Bəkirli küşəsindəki şəxsi evlərdən ibarət məhəllədə keçirilən görüşdə sakinlərin problemləri ilə maraqlanılıb, onların etdikləri müraciətlər və təkliflər dinlənilib. Edilən şikayətlərə uyğun olaraq ərazilərdə olan infrastruktur problemlərə yerli baxış keçirilib, çatışmazlıqlar və edilən təkliflər qeydə alınıb.

Daha sonra, sakinlərlə milli və dövlətçilik naminə birlik nümayiş etdirmək, eləcə də təxribatçı, bölücü və separatizmi yayan cərəyanlara uymamaq və onlara qarşı mübarizə aparmaq barədə söhbətlər aparılıb. Verilən suallar cavablandırılıb və izahatlar verilib.

Sakinlər də öz növbələrində verilən izahatlar və milli birlik naminə edilən çağırışlarla razılaşdıqlarını və millət vəkilinin göstərdiyi qayğını yüksək qiymətləndirdiklərini bildiriblər.

Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə, görüşdə qeydə alınmış problemlərin həlli ilə bağlı aidiyyatı orqanlara müraciətlər ediləcək, verilən ümumi təkliflər və xahişlər isə F.Quliyevin daim qaldırdığı məsələlər olamsına baxmayaraq, bir daha vətəndaşlar tərəfindən edilən təkliflər olaraq rəsmiləşdirilib deputatın fəaliyyət proqramına daxil ediləcək.

Qeyd edək ki, F.Quliyevin təşəbbüsü ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə hər həftə bir məhəllədə seçicilərlə məhəlli görüş keçirilir. Sakinlərlə söhbətlər aparılır və ərazilərdə sakinlərin narazılığına səbəb olan problemlər qeydə alınaraq, ümumiləşdirilib həlli istiqamətində işlər aparılır.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed