Şrift:
Türkiyədə “Rəngli qaçış” festivalı keçirilib
15.04.2019 [09:48] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin İzmir şəhərində “Color Sky 5K” “Rəngli qaçış” festivalı keçirilib.

Festival zamanı iştirakçılar şəhərin Karşıyaka bölgəsindən Mavişehir sahilinə doğru qaçıblar. İştirakçılar finişə müxtəlif rənglərə boyanmış halda çatıblar. Beş kilometrlik yürüşün hər kilometrində iştirakçıların üstünə müxtəlif rəngli kirşan tökülüb.

Bu il Türkiyədə altıncı dəfə keçirilən festivalın əsas məqsədi sağlam həyat tərzinin təbliğ etməkdir.

Təşkilatçılar bugünədək keçirilən festivallarda 37 minədək vətəndaşın iştirak etdiyini bildiriblər.

Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed