Şrift:
Türkiyə Superliqası: İstanbul derbisində qalib müəyyənləşməyib
15.04.2019 [09:49] - Gündəm, İdman
Aprelin 14-də futbol üzrə Türkiyə Superliqasının XXVIII turunda İstanbul derbisi keçirilib. “Qalatasaray” səfərdə “Fənərbağça”nın qonağı olub.

Sayca 389-cu olan derbidə “Fənərbağça” 147 dəfə, Qalatasaray” isə 122 dəfə qalib olub. Klublar 120 görüşündə isə qalib müəyyənləşməyib.

“Şükrü Saracoğlu” stadionunda reallaşan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 44-cü dəqiqəsində “Fənərbağça”nın futbolçusu Hasan Ali Kaldırım qırmızı kart alaraq komandasını meydanda bir nəfər azlıqda qoyub. Qonağlar bundan istifadə edərək 66-cı dəqiqədə Henri Onyekurinin vurduğu qolla hesabı açıb.

Lakin meydan sahibləri 71-ci dəqiqədə Elif Elmas vurduğu qolla hesabı bərabərləşdiriblər. Oyun elə 1:1 hesab ilə bitib.

Günün digər qarşılaşmasında “Kayserispor” doğma meydanda “Ankaragücü”nə 0:2 hesabı ilə məğlub olub. “Antalyaspor” və “Kasımpaşa” görüşündə isə meydan sahibləri 1:0 hesabla qalib gəliblər. “Yeni Malatyaspor” isə “Alanyaspor”la heç-heçə ediblər 1:1.

Bu oyundan sonra “Qalatasaray” turnir cədvəlində 58 xalla 2-cü pillədə qərarlaşıb. “Fənərbağça” isə 32 xalla ondördüncüdür.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed