Şrift:
Gilanda yaşayan azərbaycanlılardan anti-türk qüvvələrə tutarlı cavab: Biz Azərbaycan eşqi ilə nəfəs alırıq... –
15.04.2019 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejiminin Azərbaycan türklərini hədəfə aldığı asimilasyon siyasəti heç də türklərin ana vətəninə olan eşqini azalda bilməyib. Bu məsələ inzibati ərazi bölgüsü adı ilə qonşu əyalətlərə ilhaq edilən azərbaycanlıların şəhər və kəndlərində də belədir.

Cümə günü Rəştin “Sərdar cəngəl” stadionunda bu şəhərin “Sepid rud” və Təbrizin “Traxtur” futbol komandası arasında keçirilən görüşdə Gilan Əyalətinin türk bölgəsindən olan soydaşlarımız bir neçə yazılı parça nümayiş etdirərək İranda anti-türk qüvvələrə ciddi mesaj ünvanlayıblar.

Soydaşlarımız Azərbaycan və türk millətinə mənsub olduqlarını, bundan heç vaxt vaz keçməyəcəklərini “Biz Gilan türkləri “Traxtur” komandası eşqi ilə yaşayır və Azərbaycan eşqi ilə nəfəs çəkirik” şüarı ilə diqqətə çatdırıblar.

Onlar “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən qopararaq Gilan Əyalətinə ilhaq etməyə çalışan hökumətə də reaksiya verib “Heyran və Ənzəli Azərbaycanın ayrılmaz hissəsidir, Heyran Azərbaycanın naxışıdır” şüarı yazılmış parça nümayiş etdirib

Bu zəmində nümayiş etdirilən parçalardan biri də ərdəbilli “Traxtur” tərəfdarlarına aid olub. Onların əllərində tutduğu parçada “Heyran, Astara, Ənzəli də, Qorvə, Bicar, Sunqur və s kimi Azərbaycanın əzəli və əbədi torpaqlarıdır” sözləri yazılıb.

Gilanda yaşayan azərbaycanlılardan anti-türk qüvvələrə tutarlı cavab: Biz Azərbaycan eşqi ilə nəfəs alırıq... –

Xatırladaq ki, “Traxtur”-“Sepid rud”un görüşünü izləmək üçün Rəşt şəhərinə gedən azərbaycanlı “Traxtur” tərəfdarları “Sərdar cəngəl” stadionun girişində çoxlu milli şüarlar səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed