Şrift:
“TÜRKGÜN” qəzetində Türkiyənin göndərdiyi yardımların “Türkmən səhra”ya çatdırılmaması haqda məqalə dərc olunub
15.04.2019 [10:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Novruz bayramı günlərində Türkmən əhalisinin yaşadığı “Türkmən səhra” bölgəsində dağıdıcı sel baş verib, saytımızda təbii fəlakətin törətdiyi fəsadlar barədə dəfələr məlumat yayılıb.

Sel bölgəsinə İran rejiminin laqeyd münasibət bəslədiyi, vaxtı-vaxtında yardım etməməsi də bir çox faktlarla sübut olunub.

Bu dəfə Türkiyənin “TÜRKGÜN” qəzetində bu ölkənin Qızıl Aypara Cəmiyyəti tərəfindən İrana göndərilən yardımlar, həmçinin yardım karvanının “Türkmən səhra” sel bölgəsinə çatdırılmaması haqda məqalə dərc olunub. Bildirilib ki, İranın rəsmi şəxsləri müxtəlif yollarla yardımların “Türkmən səhra”ya aparılmasına mane olublar.

Dr. Elnur Paşa qeydə aldığı məqalədə İran rejiminin “sel fəlakətindən zərərçəkən türkmənlərə münasibəti və İran rəsmiləri tərəfindən Türkiyə Qızıl Aypara Cəmiyyətinin aldadılmasına işarə edib.

Məqalədə qeyd olunub ki, İran rejimi türkmənləri Türkiyədən incik salmaq məqsədi ilə bu ölkədən göndərilən yardımların “Türkmən səhra”ya çatdırılmasına imkan verməyib.
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed