Şrift:
“Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda ictimai təqdimat keçiriləcək
15.04.2019 [10:49] - Gündəm, İqtisadiyyat
Aprelin 18-dən etibarən çıxarışların verilməsi elektron müstəviyə keçəcək. Artıq kağız çıxarış dövrünə son qoyulur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bildirilib ki, bununla bağlı aprelin 16-da “Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda ictimai təqdimat keçiriləcək. Məqsəd operativ istifadə imkanları olan elektron çıxarışa tam keçidin üstünlükləri, onun vətəndaşlar üçün yaratdığı fürsətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Təqdimatda Dünya Bankının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, əmlak ekspertləri və media nümayəndələri iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 19 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed