Şrift:
Mehdi Kuxiyan Ettelaat-ın təcridxanasından zindana köçürülüb
15.04.2019 [13:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aprelin 8-də Məlikan Şəhər Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan aprelin 13-ü axşam saatlarında Ettelaat-ın təcridxanasında zindana köçürülüb.

“Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri zindana köçürüldükdən sonra aclıq aksiyasını dayandırıb.

Azərbaycanlı fəal aprelin 9-da, saxlandıqdan bir gün sonra aclığa başlamışdır. O bu barədə ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat vermişdir.

Kuxiyanın yaxınlarının dediyinə görə, azərbaycanlı fəalın saxlanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub, deputat və Ettelaat İdarısinin fəalla bağlı hansı ssenari qurduqları hələlik məlum deyil. Belə açıqlamalara baxmayaraq, Mehdi Kuxiyanın saxlanmasının səbəbi barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Salman Xudadadi ötən aylarda Zəhra Nəvidpur adlı xanıma cinsi təcavüz və onun şübhəli ölümü ilə bağlı mətbuatın gündəminə düşmüşdür.

Mehdi Kuxiyan bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və mədəni hüquqları uğrunda apardığı mə
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed