Şrift:
Pakistanda qum fırtınası: ölənlər və itkin düşənlər var
15.04.2019 [13:12] - Gündəm, Hadisə
Pakistanın cənubunda yerləşən Kəraçi şəhərində baş verən güclü qum fırtınası nəticəsində azı 3 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Geo.TV telekanalı xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin 8 balıqçı itkin düşüb. Güclü külək onların qayığını aşırıb.

Əlverişsiz hava şəraiti nəticəsində Kəraçi şəhərinin beynəlxalq hava limanında bir neçə aviareys ləğv edilib.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed