Şrift:
AKP İstanbulda təkrar seçki tələb edir: Etiraz məktubu YSK-ya göndərildi
17.04.2019 [10:20] - Xəbərlər, Siyasət
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı Ali Seçki Qurumuna (YSK) etiraz hazırlayıb.
AKP sədrinin müavini Ali İhsan Yavuz bu barədə “Twitter” hesabında yazıb.
İhsan Yavuz artıq etiraz məktubunu YSK-ya təqdim etdiklərini bildirib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim AKP namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. İndiyədək səslərin sayılması davam edir və hazırda səs fərqi 12 min nəfərədək düşüb.
Bir neçə gün əvvəl AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini bəyan edib.
Bu xəbər oxucular tərəfindən 129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed