Şrift:
Təbrizin millət vəkili nazirliyi futbol mafiyasına qarşı tədbir almağa çağırıb
18.04.2019 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi Rəştdə “Traxtur”-“Sepid rud” görüşündə baş verən hadisələrlə bağlı gənclər və idman nazirinə etiraz məktubu ünvanlayıb.

Nazirdən futbol mafiyasına qarşı tədbir alması tələb olunan məktubda görüş zamanı milli zəmində səsləndirilən təhqiramiz şüarlara da etiraz bildirilib.

“Aprelin 12-də, super liqa yarışlarının son günlərində Rəştdə keçirilən “Traxtur”-“Sepid rud” qarşılaşmasında “Traxtur” komandası qapıçısının düzgün oynamaqda tərəddüd etdiyini bütün tamaşaçılar gördü. Bunun nəticəsində “Traxtur” böyük hesabla məğlub oldu. Bu o deməkdir ki, Təbriz futbolu cari ildə super liqanın çempionu olmaqdan məhrum edildi.
Qapıçının keçmiş oyunlarına da nəzər salanda onun laqeydliyini görmək mümkündür. Azərbaycan əhalisi uzun illərdir ki, futbol sahəsində öz qabliyyətini göstərməyə çalışır. Lakin “Traxtur” komandası hər zaman çempionluğa yaxınlaşır, xəyanətkar bir ssenari klubun milyonlarla tərəfdarının ümidərini boşa çıxarır. Artıq bu məsələ bəzi hallarda milli səviyyədə əks-səda doğurub və müəyyən yerlərdə özünü brüzə verib. Nazirlər Kabinetinin üzvlərinin 2015-ci ildə Təbrizə səfəri zamanı Azərbaycan əhalisinin qırmızı kartı ilə üzləşməsi o cümlədəndir.
Ona görə də əhali Gənclər və İdman Nazirliyi, həmçinin Futbol Federasiyasından idman mafiyasına qarşı tədbir alması və bu acı hadisə ilə bağlı pərdə arxasında olan məsələlərin aydınlaşdırılmasını tələb edir.
Qeyd etmək lazımdır ki, oyunda hakimliyin zəif olması və qövm zəminində səsləndirilən təhqirlər diqqət tələb edən digər məsələlərdir.”- deyə nazirliyə ünvanlanan məktubda qeyd olunub.

Ötən cümə günü Rəştin “Sərdar cəngəl” stadionunda “Traxtur”la “Sepid rud” görüşündə baş verən hadisələrə Təbriz klubunun sahibi Məhəmmədrza Zenuzi başda olmaqla klubun bir neçə məsul şəxsi münasibət bildirib. Onlar komandanın qapıçısı Möhsün Fruzanın tərəddüdlə oynamasının gizli bir plandan xəbər verdiyini bildirərək hakim Rza Məhdəvinin də yanlış qərarlar verdiyini diqqətə çatdırıblar.
“Traxtur”un super liqa yarışlarının son həftələrində böyük hesabla uduzdurulması hökumətin Tehranın “Perspolis” komandasına əvəzsiz hədiyyəsidir. “Traxtur” klubunun çempionluqdan məhrum olmasına yönələn gizli ssenari azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

N.S
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed