Şrift:
“Traxtur”un türkmən tərəfdarları komandanı “Porspolis”lə görüşdə təşviq etmək üçün Təbrizə gələcək
18.04.2019 [11:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandasının türkmən tərəfdarları “Perspolis”lə görüşdə doğma komandaya dəstək vermək məqsədi ilə Təbrizə gələcək.

Bu barədə tanınmış türkmən futbolçu Sərdar Azmun məlumat yayıb.
Türkmən soydaşlarımız “Türkmən səhra” sel bölgəsinə yardım etdikləri üçün azərbaycanlılardan qədrdanlıq etmək məqsədi ilə belə bir qərar verib.

İnformasiyaya görə, türkmən tərəfdarlar Sərdar Azmunun şəxsi vəsaiti hesabına Təbrizə səfər edəcək.

Məşhur futbolçu bu barədə elan yayaraq Təbrizə gəlmək istəyən türkmən gənclərinin adlarını siyahıya alır. Adlar “Qonbəd Kavus” şəhərinin Sina meydanında yerləşən “Bampuş sina” mağazasında siyahıya alınır, Gülüstan əyalətindən olan hər kəs bu adresə müraciət edərək “Traxtur” tərəfdarları karvanına qoşula bilər.
Xatırladaq ki, azərbaycanlı mədəni fəallar Novruz bayramı günlərində güclü sel fəlakətinə məruz qalan “Türkmən səhra” bölgəsinə yardım etmək üçün əllərindən gələni etdilər. Onlar müxtəlif kampaniyalar keçirərək Azərbaycan əhalisindən topladıqları yardımları təbii fəlakətdən zərərçəkən türkmənlərə göndərdilər.

Bir müddət əvvəl Sərdar Azmun “Traxtur” tərəfdarları və Azərbaycandan “Türkmən səhra”ya yardıma gedənlərin şəkillərini paylaşaraq Azərbaycan əhalisinə xüsusi təşəkkürünü bildirmişdir.

N.S
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed