Şrift:
TÜRKSOY qırğız jurnalistləri mükafatlandırıb
19.04.2019 [10:34] - Türk dünyası-Turan
Qırğızıstan radiosunun “Altın kazına” mərkəzinin şöbə müdiri Jamila Mamatova, NTS teleziyasının əməkdaşı Nazira Kadıeva və EİEM radiosunun direktoru Taştemir Jaliev mətbuat sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə TÜRKSOY-un mükafatına layiq görülüblər.

Bu mükafat hər il təşkilat tərəfindən jurnalistika sahəsində uğur qazanan türkdilli ölkələrin mətbuat nümayəndələrinə verilir.

Mükafat jurnalistlərə aprelin 20-də Qırğızıstanın Oş şəhərində “Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirinin təntənəli açılış mərasimiində təqdim olunacaq.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed