Şrift:
Vahid Ələkbərov Rusiyanın ən zəngin adamları siyahısında üçüncü olub
19.04.2019 [10:46] - Diaspor
"Forbes" jurnalının dərc etdiyi Rusiyanın ən zəngin iş adamları reytinqində üçüncü yerin sahibi "Lukoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov (20,7 mlrd. ABŞ dolları) olub.

Reytinqin birinci pilləsində 24 mlrd. dollarla “Sibur” və “Novatek” şirkətlərinin ən böyük səhmdarı Leonid Mixelson qərarlaşıb. İkinci yerin sahibi isə NLMK-nın (Novolipetsk metallurgiya kombinatı) İdarə Heyətinin sədri Vladimir Lisin (21,3 mldr. dollar) olub.

Reytinqin dördüncü yerində "Severstal" Direktorlar Şurasının sədri Aleksey Mordaşov (20,5 mlrd. dollar), beşinci pilləsində isə Gennadi Timçenko (20,1 mlrd. dollar) yer alıb.
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed