Şrift:
Meşginşəhrdə 3 min illik antik əsərlər tapılıb
19.04.2019 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Polis İdarəsinin rəisi Meşginşəhrdə (Xiyav) 3 min illik antik əsərlərin tapıldığını bildirib.

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, general Huşəng Hüseyni tarixi əsərlərin “Məzrəə Xələf” kəndində bir yaşayış evindən tapıldığını deyib.

Onun sözlərinə görə, polis evə baxış keçirərkən 6 saxsı qab, 1 yağ çırağı, 78 bürünc pərçim əsəri, 3 bürünc halqa, fildişindən 2 üzük, 2 bürünc qılınc və 1 ağırlıq daşı aşkar olunub.

Polis İdarəsinin rəisi bildirib ki, Mədəni İrs İdarəsinin eksperti antik əsərlərinin 3 min il əvvələ aid olduğunu deyib.

General Huşəng Hüseyninin sözlərinə görə, tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılaraq məhkəməyə göndərilib.

N.S
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed