Şrift:
Cənubi Koreya prezidenti və Macarıstanın Baş naziri Qazaxıstana səfər edəcək
20.04.2019 [10:49] - Xəbərlər, Siyasət
Yaxın günlərdə Koreya Respublikasının prezidenti Mun Çje İn və Macarıstanın Baş naziri Viktor Orban Qazaxıstana rəsmi səfərə gələcək.

Aprelin 21-23-də Koreya Respublikasının prezidenti Mun Çje İn Qazaxıstana ilk rəsmi səfəri çərçivəsində silsilə görüşlər keçirəcək. Müzakirələrdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Cənubi Koreya lideri ilə siyasi, ticari, iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Dövlət başçısı aprelin 24-də Qazaxıstanda rəsmi səfərdə olacaq Macarıstan Baş naziri Viktor Orbanla da görüşəcək.

Macarıstanın Baş naziri Qazaxıstan prezidenti ilə iki ölkə arasında əməkdaşlıq və beynəlxalq məsələləri müzakirə edəcək.



İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed