Şrift:
Nur-Sultanda Suriya böhranı ilə bağlı növbəti görüş keçiriləcək
20.04.2019 [10:50] - Gündəm, Siyasət
Aprelin 25-26-da Nur-Sultanda Astana prosesi çərçivəsində Suriya mövzusu üzrə 12-ci yüksək səviyyəli beynəlxalq görüş keçiriləcək.

İkigünlük görüş zamanı tərəflər bundan əvvəlki Astana görüşünün nəticələrini və gələcək planları müzakirə edəcəklər.

Qarşıdakı görüşdə Suriya hökumət və müxalif silahlı qrupların, İran, Rusiya və Türkiyə qarant ölkələrin nümayəndə heyətləri və müşahidəçi qismində BMT və İordaniyada iştirak edəcək.

Danışıqların növbəti mərhələsi Suriya istiqamətində xüsusilə də İdlib vilayətində və Suriyanın şimal-şərqində mövcud vəziyyəti, münaqişənin tərəfləri arasındakı inamın daha da gücləndirilməsi üçün tədbirlər daxil olmaqla, ən vacib məsələləri müzakirə etməyə həsr olunacaq.

Aprelin 25-də Astana prosesi qarant ölkələrin ikitərəfli və üçtərəfli danışıqları, habelə müşahidəçi ölkələrin nümayəndələri ilə görüşlər, aprelin 26-da plenar iclas keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed