Şrift:
Misirdə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir
20.04.2019 [11:03] - Xəbərlər, Siyasət
Bu gün Misirdə konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumu keçirilir.

Ölkə vətəndaşları və xaricdə yaşayan misirlilər Nümayəndələr palatası tərəfindən əsas qanuna düzəlişləri qəbul etdikdən sonra üç gün ərzində öz səsvermə hüququndan yararlanacaqlar.

Milli seçki komissiyasının qərarına əsasən, vətəndaşlar hər təklif olunan bəndə ayrıca səs verəcəklər. Misirin bütün ərazisində səsvermə aprelin 22-nə kimi davam edəcək, xaricdə yaşayan misirlilər isə aprelin 21-dək öz səsvermə hüququndan istifadə edəcəklər.

Qeyd edək ki, Misirin əsas qanununa təklif olunan və keçən həftə parlament tərəfindən təsdiq edilən dəyişikliklərdə prezidentlik müddətinin 4 ildən 6 ilədək uzadılması, dövlət başçısına daha bir prezidentlik müddətinə seçilmək hüququnun verilməsi, Misir parlamentinin yuxarı palatasının (Senatın) yaradılması, dövlət başçısının vitse-prezidentlər təyin etmək hüququnun bərpası nəzərdə tutulur.

Bununla yanaşı dəyişikliklərə əsasən, qadınların, fəhlələrin, gənclərin və məhdud imkanlı insanların parlamentdə təmsil olunması üçün kvotaların ayrılması və nəzərdə tutulur.

Konstitusiyaya dəyişikliklərində, həmçinin məhkəmə orqanlarının müstəqilliyi qeyd olunaraq ölkə başçısına hakimləri, o cümlədən ali konstitusiya məhkəməsinin hakimini və baş prokuroru təyin etmək hüququ verilir, məhkəmə orqanlarının Ali şurasının təsis edilməsi və hərbi tribunalların yurisdiksiyasının genişlənməsi təklif olunur. Həmçinin təkliflərdə konstitusiyanı və demokratiyanı, ölkənin simasını və onun mülki xarakterini, insan hüquqlarının və azadlıqlarının qorunmasının təmin olunması üçün silahlı qüvvələrin rolunun artırılması barədə düzəlişlər öz əksini tapıb.

Xatırladaq ki, Misirin əsas qanununa dəyişikliklər referendumda seçicilərin üçdə ikisinin səsi toplandığı təqdirdə qüvvəyə minəcək.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed