Şrift:
Hindistanda qatarın relsdən çıxması nəticəsində 14 nəfər yaralanıb
20.04.2019 [11:14] - Gündəm, Hadisə
Hindistanda sərnişin qatarının 12 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ən azı 14 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Hindistan KİV-ləri xəbər verir ki, Houradan paytaxt Dehliyə gedən qatarın 12 vaqonu gecəyarı Kanpur rayonu ərazisində relslərdən çıxaraq aşıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed