Şrift:
“Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək
20.04.2019 [11:16] - Xəbərlər, Mədəniyyət
Aprelin 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi, Əməkdar elm xadimi Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə “Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək.

İnstitutdan bildirilib ki, konfransda “Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti”, “Yusif Seyidov və Nəsimi”, “Yusif Seyidovun Bakı Dövlət Universitetində fəaliyyəti”, “Yusif Seyidov unudulmaz müəllim kimi” mövzularında məruzələr dinləniləcək.

Qeyd edək ki, Yusif Seyidov “Müasir Azərbaycan dili” dərsliklərinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilmiş “Azərbaycan dili” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kimi ali məktəb dərsliklərinin müəllifidir. “Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi”, “Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, “Kitabi-Dədə Qorqud”un dilində sadə cümlə (inkişaf səviyyəsi)”, “Kitabi-Dədə Qorqud” dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi”, “Dövrün (XII- XIX əsrlər) şeir dilinə ümumi bir nəzər”, “Ədəbi şəxsiyyət və dil” və s. məqalələri, habelə “Nəsiminin dili” monoqrafiyası böyük alimin ciddi müşahidə və axtarışların məhsuludur.
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed