Şrift:
Bolqarıstanda İrana məxsus yük maşınından 288 kiloqramdan çox heroin aşkar edilib
20.04.2019 [11:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bolqarıstanın Dövlət Gömrük Komistəsi İrana məxsus yük maşınından 288 kilodan çox narkotik maddə olan heroin aşkar edildiyi barədə məlumat yayıb.

Məlumata əsasən, bu, cari ilin başlanğıcından bu günə qədər aşkar edilən ən böyük miqdarda narkotik maddədir.

Fransa xəbər agentliyinin yaydığı reportajda yük maşınında 2 İran, 1 Türkiyə vətəndaşı olduğu və onların narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir. Bolqarıstan qanunlarında qeyd edilmiş ittihamla həbs edilənləri 15 ildən 20 ilə qədər həbs gözləyir.

Yaxın Şərqdən Balkanlardan keçərək Avropaya daşınan narkotik maddələrin tranziti üçün əsas ölkələrdən olan Bolqarıstanda son 3 il ərzində qaçaqmalçıların fəaliyyətləri daha da genişlənib.

Ölkənin Gömrük Komitəsinin statistikasına əsasən, 2018-ci ildə sərhəd keçid məntəqələrində ümumilikdə 994 kilo heroin aşkar edilib. Bu isə 2017-ci il ilə müqayisədə 13% artım deməkdir. 2018-ci ildə ən böyük miqdarda narkotik vasitə yenə də İrana məxsus olan və Avstriya istiqamətində ümumilikdə 712 kilo narkotik daşıyan iki yük maşınından tapılmışdı.

Qeyd etmək lazımdır ki, son aylar ərzində dünyanın bir çox bölgələrində İrana məxsus gəmilər və ya yük maşınlarında narkotik vasitələr aşkar edilir. Hər zaman sanksiyalar dövründə ölkənin gəlirlərini təmin etmək üçün rəsmi Tehran “Sepah” vasitəsi ilə narkotik ticarətini daha da əsas prioritetə çevirir.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed