Şrift:
Rəhim Qulami Ərdəbil zindanında öyrədilmiş məhbusların hücumuna məruz qalıb
20.04.2019 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal, yazıçı Rəhim Qulami bir neçə məhbusun hücumuna məruz qalıb.

Ağır cinayətlərə görə həbs olunan məhbuslar zindan məsullarının göstərişi və təhrik ilə azərbaycanlı fəala hücum edib, ona qarşı söyüş söyüblər. Rəhim Qulami ilə eyni korpusda saxlanılan bəzi məhbusların dediyinə görə, fəala hücum edənlər həbsxananın təhlükəsizlik bölümünün rəisi Surazər kimi məsullarım təhriki ilə belə bir hərəkətə əl atıblar.

Məlumata görə, qarşıdurma korpusda saxlanılan digər məhbusların araçılığı ilə öz həllini tapıb.

Rəhim Qulami aprelin 18-də yaxınları ilə qısa telefon əlaqəsi saxlayaraq bu barədə məlumat verib.

Azərbaycanlı fəal martın 14-də Ərdəbil prokurorluğunda keçirilən iclasa qatılaraq irəli sürülən ittihamlarla bağlı sonuncu dəfə özünü müdafiə edib.

Fəalın sistemin əleyhinə təbliğat aparmaq və rəhbəri təhqir etməkdə ittiham olunduğu məlum olub. Həmin iclasda onun barəsində 50 milyon tümənlik mülki vəsiqə qərarı da çıxarılıb, lakin təqdim olunan vəsiqə təhlükəsizlik qüvvələrinin təzyiri ilə bu günə qədər qəbul olunmayıb. Həmçinin fəal müvəqqəti sayılan “səlamət” korpusundan qısa müddət sonra digər korpusa köçürülməli idi, lakin təhlükəsizlik qüvvələrinin təzyiqi ilə bu da baş verməyib.
Bütün bunlar təhlükəsizlik orqanlarının təzyiqi ilə fəala qarşı xüsusi məhkəmə dosyesinin təşkil olunduğuna dair ehtimalları gücləndirir.

Rəhim Qulami 2018-ci ilin iyul ayında Babək qalası yürüşünə bir neçə gün qalmış daha 4 azərbaycanlı fəalla birlikdə saxlanılaraq Ərdəbil zindanına salınmışdır. Onlar həmin zaman öyrədilmiş bir neçə məhbusun hücumuna məruz qalıb, qarşıdurma zamanı Rəhim Qulaminin iki dişi qırılmışdır.

Şair, araşdırmaçı və yazıçı olan Rəhim Qulami Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb. Azərbaycanın qələm əhli fəalın son saxlanmasını topladığı türkcə Lüğət əsəri ilə əlaqədar olduğunu düşünür. Onlar illərcə zəhmətdən sonra çapa hazır olan, hazırda isə təhlükəsizlik qüvvələrinin əlində olan qiymətli əsərin gələcək taleyindən nigarandir.
Rəhim Qulami “Yaylıq” nəşr evi tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed