Şrift:
Akira Matsunaga: “Ermənistan işğaldan heç nə qazanmadı”
10.08.2012 [11:25] - Gündəm
Yaponiyanın nüfuzlu Sasakava Fondunun böyük elmi əməkdaşı, politoloq Akira Matsunaga ilə müsahibə:

- Hazırda Yaponiya-Azərbaycan əlaqələrini necə dəyərləndirirsiniz?

- Son illər Yaponiya-Azərbaycan biznes əlaqələrində müsbət tendensiya müşahidə olunmaqdadır. Yaponiya iş adamları Azərbaycana maraq göstərirlər və hesab edirəm ki, bunu inkişaf etdirmək və bu proses davamlı sürətdə getməlidir.

Qarşılıqlı əlaqələrimiz inkişaf etməlidir ki, münasibətlərimiz daha da irəli getsin.

Amma, çox təəssüflər ki, yapon xalqının Azərbaycana marağı azdır və bu hansı səbəblərlə bağlıdır, onu demək bir az çətin olar.

Məncə, bunun səbəbləri üzərində çalışmaq və xüsusilə, yapon ictimaiyyəti ilə çalışmaq lazımdır. Əsasən də elm, turizm sahəsində əlaqələrə xüsusi önəm verilməlidir. Məsələn, son vaxtlar Yaponiya-Türkiyə əlaqələri inkişaf edir. Yapon turistləri Türkiyə gəlirlər. Çünki, Türkiyə Turizm Nazirliyi reklamı yaxşı qurub və yapon televiziyalarında Türkiyədə turizmlə bağlı reklamlar gedir.

Yəni, təbliğat düzgün aparılır. Ona görə də, Azərbaycan da Yaponiyada malik olduğu potensialın təbliği ilə bağlı reklamını aparmalıdır.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinizi eşitmək maraqlı olardı. Və münaqişənin çözümünü necə görürsünüz

- Az-çox bölgəyə bələd olan bir insan kimi hesab edirəm ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən qeyri-qanuni işğal edilib və mən bunu Kuril adalarının işğalı prosesi ilə də eyniləşdirərdim. Azərbaycanın hüquqları pozulub və Qarabağın işğalı beynəlxalq hüququn pozulmasının açıq bariz formasıdır.

- Sizcə, Ermənistan işğaldan nə qazandı?

- Açıq deməliyik ki, Ermənistan işğaldan heç nə qazanmadı. Tək bir qazancı olub: ”O da torpaq işğal etmək”. İndi Ermənistanın vəziyyətinə baxın, ölkə hansı durumdadır və insanlar ölkəni tərk edirlər. Ermənistanın qazancı bundan ibarətdir.

- Yaponiya hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi nədən ibarətdir?

- Yaponiya hakimiyyəti Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq və sülh prinsipləri çərçivəsində həll edilməsində maraqlıdır. Bu prinsipləri sonsuza qədər dəstəkləyir. Sülh bölgə üçün vacib məsələdir. Bunun üçün münaqişə öz həllini tapmalıdır. Ermənistanda onu bilməlidirlər ki, bölgədə sülh yaranması yeni rifah, iqtisadi inkişafın gəlməsi deməkdir.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed