Şrift:
Poroşenko siyasətdən getməyəcəyini açıqladı
22.04.2019 [10:08] - Siyasət
Ukraynada prezident seçkilərində məğlub olan hazırki prezident Petro Poroşenko sesvermənin nəticələrindən sonra brifinq keçirir.
Poroşenko siyasətdən getməyəcəyini bəyan edib.
“Mən növbəti ayda dövlət başçısı vəzifəsini tərk edəcəyəm. Əhalinin çoxluğu bunu istədi. Mən ofisdən gedirəm, siyasətdən yox!. Bizim komanda həyata keçirdiyi siyasəti davam etdirəcək, buna əmin ola bilərsiniz. Ukraynanın inkişafı, uğurları üçün mübarizəmizi davam etdirəcəyik”, - deyə Poroşenko əlavə edib.

Poroşenko, həmçinin, çıxışı zamanı Vladimir Zelenskini qalib gəlməsi münasibətilə təbrik edib.
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed