Şrift:
ABŞ-ın raket daşıyan gəmisi Batumi limanına daxil olub
22.04.2019 [10:33] - Gündəm, Hərb
Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin “Arli Berk USS Ross” (DDG71) raket daşıyan gəmisi aprelin 21-də Batumi limanına daxil olub.

Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin saytında məlumat verilib.

Məlumatda bildirilir ki, USS Ross gəmisinin Batumiyə gəlişi ABŞ-la Gürcüstan arasında əməkdaşlığın inkişafına, eləcə də Qara dəniz regionunda sülhə və təhlükəsizliyə xidmət edir.

İspaniyanın Rota şəhər limanında dayanan USS Ross gəmisi ABŞ-ın 6-cı donanmasının dəniz tapşırıqlarını yerinə yetirir.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed