Şrift:
Təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində yüzlərlə soydaşımız yaralanıb, 3 nəfər infarkt keçirib- “Traxtur” görüşündə
22.04.2019 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası qurulan ssenarinin nəticəsində aprelin 19-da səhənd stadionunda “Peykan”la qarşılaşmada 0:1 hesabı ilə məğlub olub. Oyun təhlükəsizlik qüvvələrinin hücumu olmadan ötüşməyib.

Hakimin qərəzli mövqeyi bu oyunda da özünü göstərib. “Mehr” xəbər agentliyinin yaydığı məlumata görə, hakim Moud Bonyadifər oyunun 30-cu dəqiqəsində “Traxtur”un lehinə penalti qərarı verib. Lakin köməkçi hakim bu qərarla razılaşmayıb. Bundan sonra hakim fikirini dəyişərək penalti qərarını ləğv edib. Bu məsələ “Traxtur” tərəfdarlarının kəskin etirazına səbəb olub və xoşagəlməz hadisələr əsasən bu andan başlayıb.

Xəbər agentliyinin yaydığı məlumatda qeyd olunub ki, hər zaman sakitliyi ilə seçilən “Traxtur” komandasının baş məşqçisi Corc Likenz “Peykan”la görüş zamanı bir neçə dəfə hakimə öz etirazını bildirib.

Bütün bunlar “Traxtur” tərəfdarlarının etiraz şüarları səsləndirməsinə səbəb olub. Təhlükəsizlik qüvvələri tərəfdarlara qarşı vəhşicəsinə hücuma keçdikdən sonra ara qarışıb. Rezin dəyənək və gözyaşardıcı qazla hücuma keçən hökumət qüvvələri komanda tərəfdarlarını döyərək onlardan bir çoxunu yaralayıb. “Təsnim” xəbər agentliyi hadisələr zamanı 50 nəfərin xəsarət aldığını bildirib. Lakin azərbaycanlı milli-mədəni fəallar yüzlərlə soydaşımızın yaralandığını, bir çoxlarının isə saxlandığını qeyd edib.

Xəsarət alanlar arasında bir azərbaycanlı yeniyetmə görünür. Təhlükəsizlik qüvvələri tərəfindən rezin dəyənəklə döyülən yeniyetmə aldığı zərbələr və gözyaşardıcı qazdan bihuş vəziyyətdə yerə düşüb.
Təbriz Təcili Tibbi Yardım Mərkəzinin rəisi isə “Traxtur”-“Peykan” görüşü zamanı 3 nəfərin infarkt keçirdiyini qeyd edib.

Mövzu ilə bağlı daha geniş məlumat almaq üçün aşağıdakı xəbərləri izləyə bilərsiniz:
Təbrizdə polis gözyaşardıcı qaz və rezin dəyənəklə “Traxtur” tərəfdarlarına hücum edib, xəsarət alanlar var – VİDEO / GÖRÜNTÜ
“Traxtur” klubunun sahibi: “Supr liqa yarışlarının birinci 3 komandası öncədən müəyyən edilib”
Bu xəbər oxucular tərəfindən 114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed