Şrift:
Türkiyə Superliqası: “Beşiktaş” son dəqiqədə vurduğu qol sayəsində qələbə qazanıb
23.04.2019 [10:30] - Xəbərlər, İdman
Futbol üzrə Türkiyə Superliqasının XXIX turunun son oyununda “Sivasspor” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

“Yeni Sivas 4 Eylül” stadionunda keçirilən görüşün 31-ci dəqiqəsində İstanbul təmsilçisinin müdafiəçisi Damaqoy Vida hesabı açıb. Lakin meydan sahibləri 45-ci dəqiqədə Fousseni Diabatenin vurduğu qolla hesabı bərabərləşdiriblər. İstanbul futbolçuları isə 87-ci dəqiqədə Burak Yılmazın qolu sayəsində hesabda önə keçiblər. Bu, oyunda vurulan son qol olub. Beləliklə, “Beşiktaş” səfərdə “Sivasspor”a 2:1 hesabı ilə qalib gəlib. Hazırda “Beşiktaş” turnir cədvəlində 56 xalla üçüncü pillədə qərarlaşıb. Cədvəldə “Başakşəhər” 62 xalla birinci, “Qalatasaray” isə 59 xalla ikincidir.
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed