Şrift:
Azərbaycan, Gürcüstan və Qazaxıstan Avropa-Qafqaz-Asiya tranzit dəhlizinin bir hissəsidir
23.04.2019 [10:34] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan, Gürcüstan və Qazaxıstan Avropa-Qafqaz-Asiya tranzit dəhlizinin bir hissəsidir və onların əlaqələndirilmiş fəaliyyəti dəhlizə əlavə yüklər cəlb edə bilər.

Bu fikri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Qazaxıstanda energetika naziri Kanat Bozumbayevlə keçirdiyi görüşdə səsləndirib.

Görüşdə dünyada ən iri neft hasilatçısı və tədarükçülərindən biri olan Qazaxıstanın tranzit marşrutlarının şaxələndirilməsi və neft məhsullarının tranzitinin artırılmasında maraqlı olduğu qeyd edilib.

Gürcüstan tərəfi Bakı-Supsa boru kəmərini Qazaxıstan neftinin ixracı üçün alternativ dəhliz təklif edib. Bildirilib ki, bu marşrut xam neftin Qara dəniz vasitəsilə dünya bazarına çatdırılmasına imkan yaradacaq.

Nazirlər Gürcüstan və Qazaxıstan arasında energetika sahəsində prioritet sahələr üzrə əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed