Şrift:
“Cəlil Məmmədquluzadə və xalqın gülüş mədəniyyəti” mövzusunda konfrans keçiriləcək
23.04.2019 [10:52] - Xəbərlər, Mədəniyyət
Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda “Cəlil Məmmədquluzadə və xalqın gülüş mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

AMEA-dan bildirilib ki, tədbir ölkə başçısının “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil ediləcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrin xülasələrini mayın 6-na qədər celil.memmedquluzade2019@mail.ru elektron poçt ünvanına göndərə bilərlər. Xülasələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə mayın 13-dək elektron poçtla məlumat veriləcək. Məruzələrin tam mətni iyunun 17-nə qədər təqdim olunmalıdır.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed