Şrift:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin QƏRARI
23.04.2019 [10:55] - Gündəm, Sosial
Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRAR

№ 186

Bakı şəhəri, 22 aprel 2019-cu il

Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adının verilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Neftçala Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilsin.

2. Neftçala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respub-likasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.



Azərbaycan Respublikasının

Baş Naziri Novruz Məmmədov
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed