Şrift:
Xəzər rayonunda yanğın baş verib, bir nəfər ölüb
23.04.2019 [10:57] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə ümumi sahəsi 100 kvadratmetr olan 3 otaq və aynabənddən ibarət evdə qeydə alınıb. Nəticədə evin 1 otağı və aynabəndi 43 kvadratmetr, bitişik talvar 15 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed