Şrift:
Şri-Lankada terror aktı qurbanlarının sayı 290 nəfərə çatıb
23.04.2019 [11:05] - Xəbərlər, Sosial
Ötən gün Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.

Mediaya yayılan məlumata görə, bu barədə yerli polis "News 1st" saytına açıqlamasında bildirib.

Qeyd olunub ki, Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda azı 500-ə yaxın insan yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarla əlaqədə şübhəli bilinən 24 nəfəri saxlayıb.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed