Şrift:
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
24.04.2019 [11:04] - Gündəm, Sosial
Aprelin 23-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan verilən məlumata görə, iclasda Milli Televiziya və Radio Şurasının 2019-cu il 28 fevral tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) 2019-cu il 11 mart tarixdən 2019-cu il 11 aprel tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “TV-Media Azerbaijan” MMC, “RTV” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

Müzakirənin nəticəsi olaraq Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndlərini və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) 2019-cu il 11 mart tarixdən 2019-cu il 11 aprel tarixədək elan olunmuş müsabiqənin qalibi müəyyən edib və ona ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilməsi qərara alınıb.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed